Gəncə şəhərində və Goranboy rayonunda intihar hadisələri baş verib.

İqtisadiyyat.az xəbər verir ki, Gəncədəki hadisə Avtozavod qəsəbəsində qeydə alınıb.

1995-ci il təvəllüdlü Aslanova Tükəzban İlham qızı yaşadığı evin həyətində özünü asaraq intihar edib.

Digər intihar hadisəsi isə Goranboy rayonunda qeydə alınıb. Belə ki, 1958-ci il təvəllüdlü Əmrahov Xasay Dünyamalı oğlu özünü asaraq intihar edib.

Məlumata görə, o, uzun müddətdir xəstəlikdən əziyyət çəkirmiş və yataq şəraitində müalicə olunurmuş.

Faktlarla bağlı Gəncə və Goranboy prokurorluqlarında araşdırma aparılır.