Bakının Nizami rayonunda Neftçilər” metrosunun yaxınlığında yerləşən dönərxanada yanğın qeydə alınıb.

FHN-dən İqtisadiyyat.az-a verilən məıumata görə, Bakının Nizami rayonu, R.Rüstəmov küçəsində fəaliyyət göstərən ictimai iaşə obyektində baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

***

13:12

Bakı Metropoliteni “Neftçilər” stansiyasının yaxınlığında yerləşən dönərxana yanır.

İqtisadiyyat.az xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə briqadası cəlb olunub.