Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi yaşayış massivi ərazisində dənizdə batmış 1979-cu il təvəllüdlü Mirzəyev Mikayıl Rəhim oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bu barədə İqtisadiyyat.az-a FHN-dən bildirilib.

"Vətəndaş ən yaxın xilasetmə məntəqəsindən 5 km məsafədə nəzarət olunmayan ərazidə batıb", - məlumatda qeyd olunub.

***

09.46

Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi Yaşayış massivinin yaxınlığında dənizdə bir nəfər batıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.