"Araz Supermarket"dən oğurluq edilib.

İqtisadiyyat.az xəbər verir ki, hadisə supermarketlər şəbəkəsinin paytaxtın Suraxanı rayonunda yerləşən mağazasında qeydə alınıb.

Artıq oğurluq etməkdə təqsirləndirilən Əsədov Orxan Elman oğlunun cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

İş baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilib və cinayət işi hakim Nərminə Rzayevanın sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələki məlum deyil.

Qeyd edək ki, O.Əsədov Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə (Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama) təqsirli bilinir. Bu maddəyə əsasən, onu üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılma gözləyir.