Prezident: Biz Qoşulmama Hərəkatının çox nüfuzlu beynəlxalq təşkilata çevrilməsinə çalışırıq
Biz Qoşulmama Hərəkatına dörd il sədrlik etdik və bütün üzv dövlətlərə minnətdarıq. Biz yaxşı hekayətə imza atdıq.
Biz Qoşulmama Hərəkatına dörd il sədrlik etdik və bütün üzv dövlətlərə minnətdarıq. Biz yaxşı hekayətə imza atdıq.
İqtisadiyyat.az xəbər verir ki, aprelin 9-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib.
Biz Afrikada yaşayan dostlarımıza lazım olduğu zaman dəstəyimizi veririk.
Onların (Tramp Administrasiyası – red.) indiki siyasəti daha çox Amerikanın milli maraqlarına əsaslanacaq və qeyd edə bilərəm ki, hazırda onlarla çox güclü münasibətlər bu bölgə üçün vacibdir.
Biz Birləşmiş Ştatlara lazım olduğumuz zaman Azadlığa Dəstək Aktının 907-ci düzəlişinin tətbiqi dayandırılırdı.
Bayden-Blinken administrasiyası dövründə ABŞ-la Azərbaycan arasında münasibətlər böhrana uğramış əlaqələr kimi səciyyələndirilə bilər. Bu da bizim günahımız deyil.
Müharibədən sonrakı vəziyyət necə inkişaf edəcək? Bu, əsasən Ermənistandan asılıdır.
Onlar (Ermənistan – red.) ümid edirdilər ki, ABŞ-da seçkilərdən sonra demokratların hakimiyyəti davam edəcək. Ancaq Trampın Prezident seçilməsi onları ciddi şəkildə məyus etdi.
Ermənistanın yeni dostları onu yeni, ölümcül silahlarla təmin edirlər. Bu isə regionda heç də sülhə və sabitliyə xidmət etmir.
Bizim hərbi əməliyyatların aparılması üslubumuz onu göstərdi ki, imkanlarımız çox yüksək səviyyədədir. Biz qisas almağa çalışmırdıq, hərçənd, başa düşmək olardı ki, illər ərzində biz işğalın qurbanı olmuşduq.
Türkiyə ilə İsrailin ilk dəfə barışmasında Azərbaycan vasitəçilik edib. İlk böhran zamanı biz fəal rol oynadıq ki, bu iki ölkənin mövqeyini bir-birinə yaxınlaşdıraq.
Jurnalistlərin, həmçinin ziyalıların səfərləri təşkil edilə, bəlkə də transsərhəd çaylarla bağlı birgə tədbirlər keçirilə bilər. Biz bununla bağlı mövqeyimizi dəfələrlə bildirmişik, çünki Ermənistan Araz çayını çirkləndirir.