"Azza"nın istehsal etdiyi yağ məhsulu satışdan yığışdırılır - SƏBƏB
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən həyata keçirilən monitorinqlər zamanı "Azza-Aqro" QSC-nin istehsalı olan "Fermazza" əmtəə nişanlı 82% yağlılıqda kərə yağından götürülmüş nümunənin sınaq nəticələrinə əsasən, yağda bitki sterinləri (Stiqmasterin, Kampesterin, Beta-sitosterin) ilə yanaşı, yağ turşuları üzrə uyğunsuzluq aşkarlanıb.