Dörd il ərzində “YAŞAT” Fonduna 285 min 868 müraciət daxil olub
Dörd il ərzində “YAŞAT” Fonduna 285 min 868 müraciət daxil olub. Müraciətlərin 77.1 faizi müalicə və psixoloji dəstək xərclərinin qarşılanması, 17.8 faizi məişət şəraitinin yaxşılaşdırılması, 3.2 faizi istehlak kreditləri və borc öhdəliklərinin qarşılanması, 1.9 faizi təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı ilə bağlı olub.