Mircəlil Qasımlı: Qarşılıqlı etimada və strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-Ukrayna münasibətləri dinamik inkişaf edir
Müstəqillik illərində Azərbaycan ilə Ukrayna arasında qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin inkişafı uğurla təmin olunur. Səmimi dostluq əlaqələrinə malik Azərbaycan və Ukrayna xalqları daim bir-birlərinə qarşılıqlı dəstək verib, ağır günlərdə bir-birinin yanında olub.