“Antiterror əməliyyatı Azərbaycanın müasir tarixində dönüş nöqtəsidir” - Deputat
“19–20 sentyabr 2023-cü il antiterror əməliyyatı Azərbaycanın müasir tarixində dönüş nöqtəsi oldu. Bu əməliyyat sayəsində ölkənin ərazi bütövlüyü və konstitusiya quruluşu tam bərpa edildi. Bu gün Azərbaycan bayrağı artıq bütün suveren ərazilərimizdə əzəmətlə dalğalanır”.