Ermənistanın Azərbaycana qarşı hərbi əməliyyatlarda muzdlu döyüşçülər cəlb etməsi ilə bağlı sənədlər məhkəmədə elan olunub
Oktyabrın 9-da Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesində hərbi əməliyyatlara cəlb edilmiş muzdlu döyüşçülər barədə sənədlər elan olunub.