Hüquq və İnsan Haqları İnstitutu ötən il üzrə fəaliyyətinin nəticələrini açıqlayıb
2022-ci ildən publik hüquqi şəxs kimi fəaliyyət göstərən Hüquq və İnsan Haqları İnstitutu (İnstitut) 2025-ci il ərzində hüquqi maarifləndirmə, normativ hüquqi aktların təhlili və ekspertizası, hüquqi tədqiqat və nəşr fəaliyyəti üzrə həyata keçirdiyi işlərin nəticələrini əks etdirən hesabatını ictimaiyyətə təqdim edib.