Seysmoloji Xidmət Xəzərdə zəlzələlərlə bağlı münasibət bildirib
Xəzər dənizində son iki gündə baş verən ( ml =3.1 və ml=3.5) hər iki zəlzələ zəif zəlzələlərdir və zəlzələ ocaqları sahil bölgələrimizdən çox uzaqda olduğuna görə quru ərazilərimizə hər hansı təsiri yoxdur. Bu baxımdan da bu zəlzələlərlə bağlı narahatlığa ehtiyac yoxdur.