Daha bir neçə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində Bakı-Sınıq Körpü (Qazax Sərhəd-Keçid Məntəqəsi), Bakı-Gəncə, Bakı-Mingəçevir, Bakı-Şəki, Gəncə-Saatlı, Gəncə-Kəlbəcər, Gəncə-Horadiz, Sumqayıt-Göyçay, Mingəçevir-Qax, Mingəçevir-Gəncə, Şəki-Gəncə, Bərdə-İmişli, Bərdə-Zaqatala, Ağdaş-Gəncə, Ağcabədi-Mingəçevir, Tərtər-Gəncə, Tərtər-Mingəçevir, Oğuz-Bərdə, Saatlı-Sumqayıt, Gəncə-Qazax və Qazax-Gəncə şəhərlərarası, həmçinin qanunvericiliyin tələblərinə uyğunlaşdırılması məqsədilə paytaxtın 11,17, 18, 20, 21, 24, 30, 32, 35, 38, 44, 61, 65, 72, 79, 88, 93, 523, 535 və E2 nömrəli avtobus marşrutlarını müsabiqəyə çıxarır.