BDYPİ yağışlı hava ilə əlaqədar sürücülərə müraciət edib
Hazırda paytaxtda, eləcə də respublikanın ayrı-ayrı bölgələrində yağışlı və çiskinli hava, bəzi yol sahələrində isə duman müşahidə olunur. Belə şəraitdə görmə məsafəsinin azalması və yol örtüyünün sürüşkən olması nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirir, qəza ehtimalını artırır.