Vergi ödəyicisinin vəzifələri artırılır, yeni sanksiyalar müəyyənləşir
Vergi ödəyicisinin vəzifələri artırılır.
Vergi ödəyicisinin vəzifələri artırılır.
Əlavə dəyər vergisi (ƏDV) məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği əvvəlki təqvim ayında təqdim edilən mal, iş və xidmətlər üzrə dövriyyənin (ƏDV daxil olmaqla) 2 faizindən, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.
Nəzarət olunan xarici müəssisə və əməliyyatlar haqqında arayışları müəyyən edilən müddətlərdə təqdim etməyən və ya arayışlarda düzgün olmayan məlumatlar göstərən və "Transfer qiymətlərinin müəyyən edilməsi və tətbiqi" Qaydasında nəzərdə tutulmuş sənədləri və məlumatları vergi orqanının tələbi ilə 60 gün müddətində təqdim etməyən vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək.
Əcnəbilərə və vətəndaşlığı olmayanlara göstərilən tibbi xidmətlərə görə tax-free rejimində ƏDV geri qaytarılacaq.
Azərbaycanda teatr və kino sənətinin, muzey və simfonik orkestr fəaliyyətinin inkişafına dövlət dəstəyinin bir forması kimi vergi güzəştləri təklif edilir.
Jurnalistlərin əldə etdikləri gəlirlərin 75 faizinin hər hansı şərt tətbiq edilmədən gəlir vergisindən azad ediləcək.
Həyatın yığım sığortası sahəsində vergi və sosial sığorta ilə bağlı güzəştlərin (3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası və pensiya sığortası üzrə işəgötürənin sığortaolunanın vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan Respublikasının sığortaçılarına ödədikləri sığorta haqlarının gəlir vergisindən və məcburi dövlət sosial sığorta haqqından azadolması ilə bağlı güzəştlərin) dövlət sektoruna münasibətdə 1 yanvar 2025-ci il tarixindən tətbiqinin ləğvi təklif olunur.
Növbəti ildən illik dövriyyəsinin həcmi 45 min manatadək olan bir sıra xidmət sahələri üzrə fəaliyyət göstərən mikro sahibkar olan fiziki şəxslər əldə etdikləri gəlirlərinin 75 faizi hər hansı şərt tətbiq edilmədən (3 işçi və məcburi dövlət sosial sığorta haqqı üzrə borcun olmaması tələbi) vergidən azad edilir.
2024-cü ilin yanvar-oktyabr aylarında ictimai iaşə dövriyyəsi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 11,1 faiz artaraq 1 milyard 877 milyon manat olub.
Bakı şəhərinin 2040-cı ilə qədər olan Baş Planına əsasən, paytaxtda mərkəzə yaxın ərazilərdə 3, 4 və 5 mərətəbəli fərdi yaşayış evləri mərhələli şəkildə söküləcək.
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti 0.33% artaraq 2,639.80 ABŞ dollarına bərabər olub.
COP29 çərçivəsində 300-500 milyard dollar yeni maliyyə hədəfi ətrafında danışıqlar gedir.