Azərbaycanın dövlət zəmanətli borcunun tərkibi açıqlanıb
Azərbaycanın bu il yanvarın 1-nə 10 milyard 368,4 milyon manat (ÜDM-in 8 %-i qədər) olmuş dövlət zəmanətli borcunun 8 milyard 725,4 milyon manatı (5 milyard 132,6 milyon ABŞ dolları) və yaxud 84,2 %-i xarici kreditlərin, 1 milyard 643 milyon manatı və yaxud 15,8 %-i isə daxili kreditlərin payına düşüb.