13 qurumda 30 halda artıq xərclərə yol verilib
Bağlanmış müqavilədə artıq xərclərin aparılması - bu nöqsana 13 qurumda 30 halda yol verilib. Bu, cari nəzarətin gücləndirilməsini tələb edir. Satınalma müqavilələrinin şərtlərində, o cümlədən qiymətlərində dəyişiklik edilməsi - bu növ pozuntuların sayı ümumi pozuntuların sayının 1/3-nə bərabərdir. Xüsusi çəkisi kifayət qədər böyükdür. Bu isə sövdələşmə və digər risklərin mövcudluğunu göstərir.