Azərbaycanın strateji valyuta ehtiyatları ötən il nə qədər artıb?
Əlverişli xarici sektor göstəriciləri şəraitində ölkənin strateji valyuta ehtiyatları 2024-cü ildə 3,7% artaraq 71 mlrd. ABŞ dollarını ötüb və ÜDM-in 95,6%-i səviyyəsinə çatıb.
Əlverişli xarici sektor göstəriciləri şəraitində ölkənin strateji valyuta ehtiyatları 2024-cü ildə 3,7% artaraq 71 mlrd. ABŞ dollarını ötüb və ÜDM-in 95,6%-i səviyyəsinə çatıb.
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Banklar və xarici bankların yerli filialları tərəfindən tərtib edilən prudensial hesabatların forması, məzmunu və təqdim edilməsi Qaydası”nı təsdiqləyib.
Bu ilin yanvar-fevral aylarında İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu 32,1 milyon manat güzəştli kredit verib.
Comex birjasında ticarət zamanı qızılın bir troy unsiyasının qiyməti yenidən rekord səviyyəyə - 2998 dollara çatıb.
Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Mübahisələrin həlli” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2025-ci il üzrə Yol Xəritəsi Azərbaycan Respublikası Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyası tərəfindən təsdiq edilib.
2020-2024-cü illərdə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən dövlət əmlakının özəlləşdirilməsi sahəsində ardıcıl tədbirlər həyata keçirilib.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vergi nəzarətinin təkmilləşdirilməsi ilə yanaşı sahibkarlar üçün uçot sisteminin sadələşdirilməsi ilə bağlı layihələr üzərində işləyik.
Bu il martın 1-nə Azərbaycanda 1 611 030 vergi ödəyicisi olub ki, bu da ötən il martın 1-nə nisbətən 5,2 % çoxdur.
2025-ci ilin mart ayının 1-nə respublika üzrə uçotda olan 1.611.030 vergi ödəyicisinin 87 faizi fiziki şəxslər, 13 faizi hüquqi şəxslər və digər təşkilatlar olub.
Comex birjasında ticarət zamanı qızılın bir troy unsiyasının qiyməti yenidən rekord səviyyəyə - 2951,3 dollara çatıb.
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.
Martın 12-də Azərbaycan Respublikasının maliyyə naziri Sahil Babayev Avrasiya İnkişaf Bankının İdarə Heyətinin sədri Nikolay Podquzovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.