Azərbaycanda mehmanxanaların gəlirləri 12%-dən çox artıb
2025-ci ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri 2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə 12,1 faiz artaraq 125,1 milyon manat olub ki, onun da 58,6 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 28 faizi ictimai iaşə xidmətlərindən, 3,1 faizi müalicə və sağlamlıq xidmətlərindən, 10,3 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib.