Azərbaycanda istehlak kreditləri üzrə orta faiz dərəcələri açıqlanıb
Bu ilin I yarısında Azərbaycanda mənzil təmiri ilə bağlı olan istehlak kreditlərinin orta faiz dərəcəsi 1 faiz bəndi artaraq 17 %-ə çatıb.
Bu ilin I yarısında Azərbaycanda mənzil təmiri ilə bağlı olan istehlak kreditlərinin orta faiz dərəcəsi 1 faiz bəndi artaraq 17 %-ə çatıb.
Azərbaycanda daşınmaz əmlak obyektləri üzərində hüquqların rəsmiləşdirilməsi ilə bağlı Prezident İlham Əliyevin iyulun 16-da imzaladığı fərman 100 minə yaxın vətəndaşa sənədsiz evlərini qeydiyyatdan keçirmək imkanı yaradacaq. Sənədsiz evlərin qeydiyyatdan keçməsinin daşınmaz əmlak bazrında qiymətlərə necə təsir göstərəcəyi maraq doğurur.
2025-ci il iyul ayının 1-nə Azərbaycan iqtisadiyyatına cəmi kredit qoyuluşları ( bank və qeyri-bank birlikdə) 30 milyard 231.8 milyon manat təşkil edib.
2024-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidmətinin xərcləri 1,033 milyon manat təşkil edib.
Bu ilin I yarısında Azərbaycandakı mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 6,4 % artaraq 1 milyon 970,7 min olub.
Nazirlər Kabineti 11 aprel 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin peşə fəaliyyətinə və davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə, habelə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair hazırlıq üzrə Xüsusi Proqram”da dəyişiklik edib.
Qarabağ Dirçəliş Fondu 2024-cü ili 137,525 milyon manat xalis mənfəətlə başa vurub.
Bu ilin yanvar-iyun aylarında Azərbaycanın qiymətli kağızlar bazarında 36 milyard 855,9 milyon manatlıq əməliyyat aparılıb.
Azərbaycandakı kredit ittifaqları bu ilin I yarısını 0,03 milyon manat zərərlə başa vurub.
Azərbaycandakı bank olmayan kredit təşkilatları (BOKT) bu ilin I yarısını 13,2 milyon manat xalis zərərlə başa vurub. Halbuki, BOKT-lar ötən ilin eyni dövründən 76,6 milyon manat xalis mənfəətlə çıxmışdı.
Azərbaycanın bank sektoru bu ilin I yarısında 576,6 milyon manat xalis mənfəət əldə edib.
Bu il iyulun 1-nə Azərbaycanın bank sektorunun aktivləri 56 milyard 734,1 milyon manat təşkil edib.