Kirayə mənzil bazarında vergi ilə bağlı yoxlamalara başlanıldı - AÇIQLAMA
Ötən ilin sonlarında Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, fiziki şəxslərin mənzillərini kirayə verməsinə görə əldə etdikləri gəlirdən vergi cəlb olunan hissə 14 faizdən 10 faizə endirilib. Doğrudan da bu, mütərəqqi bir addım idi. Amma deyə bilərik ki, mənzillərini kirayə verənlərin 80 faizdən çoxu vergi ödəmirlər.