Bakıda 2 mərtəbəli obyektdə yanğın olub
Bakı şəhərinin Nərimanov rayonunda yanğın olub.
Bakı şəhərinin Nərimanov rayonunda yanğın olub.
İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşından gömrük orqanlarına bəyan edilməyən, çəkisi 682 qram olan qızıl-zinət əşyaları və zərgərlik məmulatları, ona məxsus çamadandan isə 228 ədəd diş implantı hissələri aşkarlanıb.
Bu ilin yanvar-noyabr aylarında "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) məxsus dəmir yollarında qatarın qarşısına qəfil insan çıxması nəticəsində 16 toqquşma hadisəsi baş verib.
“Yasamal-6” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti (MMMC) əmək qanunvericiliyini pozduğuna görə cərimələnib.
Etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirməkdə ittiham olunan şəxs cinayət məsuliyyətinə cəlb edilib.
Abşeronda arvad ərini qətlə yetirib.
Hüquq müdafiəçisi Rüfət Səfərova qarşı cinayət məcəlləsinin 221.1 (xuliqanlıq) və 178.3.2 (dələduzluq) maddələri ilə ittiham irəli sürülüb.
Xırdalan şəhərindəki yaşayış binasında baş verən yanğın nəticəsində 23 nəfər təxliyə olunub.
“Lalə xanım xroniki ürək xəstəliyindən əziyyət çəkir. Hazırda Bakıda ev şəraitində həkim nəzarətindədir. Səhhətində müsbətə doğru ciddi bir irəliləyiş yoxdur”.
Sovet illərində yüksək vəzifələrdə çalışmış 86 yaşlı İbrahim Mustafayev Bakıda yol qəzasında həyatını itirib.
Noyabr ayı ərzində dövlət sərhədində narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 177 kiloqram 299 qram narkоtik vasitə və narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən 6018 ədəd həb aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb.
Ötən ay qanunsuz miqrasiya ilə mübarizə tədbirləri nəticəsində 6 nəfər saxtalaşdırılmış tarix möhürü və pasportla, özgəsinə məxsus sənədlə dövlət sərhədini keçməyə cəhd göstərərkən saxlanılıb.