Aktau yaxınlığında təyyarə qəzasında 29 nəfər sağ qalıb, 4 nəfər həlak olub - YENİLƏNİB - 7 - VİDEO
Aktauda təyyarə qəzasından sağ çıxan 29 nəfər xəstəxanaya aparılıb.
Aktauda təyyarə qəzasından sağ çıxan 29 nəfər xəstəxanaya aparılıb.
Ermənistanın Baş naziri Nikol Paşinyan AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar başsağlığı verib.
"Azərbaycan Hava Yolları" QSC (AZAL) Aktauda qəzaya uğrayan təyyarsiənin ekipaj üzvlərinin kimliyini açıqlayıb.
Sərnişin təyyarəsinin qəzaya uğraması faktı ilə bağlı cinayət işi başlanıb.
İlkin məlumata görə, Qazaxıstanda AZAL-a məxsus “Embraer 190” təyyarəsinin qəzaya uğraması nəticəsində uçuş ekipajı sağ qalmayıb.
Fransanın Azərbaycandakı səfirliyi AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Azərbaycana başsağlığı verib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, təyyarə qəzasının səbəblərinin araşdırılması üçün aşağıdakı tərkibdə dövlət komissiya yaradılıb.
Prezident İlham Əliyev təyyarədə olarkən Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə zəng edib.
AZAL-ın Bakı-Qroznı reysində olan sərnişinlərin ailə üzvləri üçün qaynar xətt yaradılıb.
Baş vermiş təyyarə qəzası ilə əlaqədar məsələlər Prezident İlham Əliyevin nəzarəti altındadır.
Bu gün Sankt-Peterburq şəhərində keçiriləcək MDB üzv ölkələri dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün Rusiya Federasiyasına səfərə yola düşən Prezident İlham Əliyevə Rusiya hava məkanında olarkən baş vermiş təyyarə qəzası haqqında məruzə edilib və dövlət başçısı dərhal geri dönmək barədə tapşırıq verib.
Qazaxıstanda qəzaya uğrayan Azərbaycan hava yollarına məxsus təyyarənin göyərtəsində olan Rusiya vətəndaşlarının siyahısı açıqlanıb.