Rəsmilər ziyarətdə - FOTOLAR
Xocalı faciəsinin 33-cü ildönümü ilə əlaqədar fevralın 26-da Baş nazir Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, digər nazirlər,
Xocalı faciəsinin 33-cü ildönümü ilə əlaqədar fevralın 26-da Baş nazir Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, digər nazirlər,
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu. Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq, 70 qoca olmaqla 613 şəxs məhz azərbaycanlı olduqlarına görə ağlasığmaz vəhşiliklə qətlə yetirildi, 487 dinc sakin ağır yaralandı, 1275 nəfər isə girov götürüldü.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız, o cümlədən Xocalı rayonu işğaldan azad olunsa da, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə soydaşlarımıza qarşı törədilən soyqırımının ağrı-acısını unutmaq mümkün deyil. Faciənin mahiyyətini, həmvətənlərimizin başına gətirilən müsibətlərlə bağlı məluamatları gələcək nəsillərə ötürmək hər bir azərbaycanlının mənəvi borcudur.
Anım mərasimi beynəlxalq ictimaiyyətin diqqətini bu vəhşi qətliama, bəşəri cinayətə yönəltmək məqsədi daşıyır: dünya Xocalı faciəsini soyqırımı kimi tanımalıdır
Xocalı hadisələrində Vətən uğrunda səngərdə döyüşən əsgərlərə yox, öz evində, əliyalın mülki əhaliyə qarşı vandalizm törədilib.
44 günlük Vətən Müharibəsində və daha sonra antiterror əməliyyatlarında biz xocalıların qisasını aldıq.
Böyük Qayıdış Proqramı çərçivəsində Xocalı rayonuna indiyədək 164 ailə (766 nəfər) köçürülüb.
Xocalı Memorial Kompleksinin layihəsi hazırdır və onun icrası Heydər Əliyev Fondu tərəfindən həyata keçiriləcək.
Xankəndi, Xocalı və Ağdərədə bayraqlar yarıya qədər aşağı salınıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İnstaqram hesabında Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı videoçarx paylaşıb.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesabında Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı paylaşım edib.
"Bir gecədə uşaq, qadın və qoca olmaqla 613 nəfərin həyatına son qoyan Xocalı soyqırımından 33 il keçir".