İmişlidə zəlzələ olub 4 iyul 2026, 13:55 Prezident: Azərbaycan-ABŞ münasibətlərinin yüksələn xətlə və uğurla inkişaf etməsi məmnunluq doğurur 4 iyul 2026, 10:38 İlham Əliyev Donald Trampı təbrik edib 4 iyul 2026, 10:27 Hikmət Hacıyev: ABŞ-dəki bütün dostlarımızı və həmkarlarımızı ürəkdən təbrik edirik 3 iyul 2026, 22:36 Dünyanın ən güclü passportları – REYTİNQ 3 iyul 2026, 15:00 Dünyada hansı qidalar ucuzlaşdı? - HESABAT 3 iyul 2026, 13:53 Ən çox qızıl ehtiyatı olan ölkələr hansılardır? – ARAŞDIRMA 3 iyul 2026, 11:51 İlham Əliyev Aleksandr Lukaşenkoya təbrik ünvanlayıb 3 iyul 2026, 11:32 Bu şəhərdə güzəştli mənzillərin tikintisinə başlanılır 3 iyul 2026, 10:45 İmtahandan kəsilən abituriyentlə necə davranmaq lazımdır? – Mütəxəssislərdən valideynlərə vacib ÇAĞIRIŞ 2 iyul 2026, 17:42 İmişlidə zəlzələ olub 4 iyul 2026, 13:55 Prezident: Azərbaycan-ABŞ münasibətlərinin yüksələn xətlə və uğurla inkişaf etməsi məmnunluq doğurur 4 iyul 2026, 10:38 İlham Əliyev Donald Trampı təbrik edib 4 iyul 2026, 10:27 Hikmət Hacıyev: ABŞ-dəki bütün dostlarımızı və həmkarlarımızı ürəkdən təbrik edirik 3 iyul 2026, 22:36 Dünyanın ən güclü passportları – REYTİNQ 3 iyul 2026, 15:00 Dünyada hansı qidalar ucuzlaşdı? - HESABAT 3 iyul 2026, 13:53 Ən çox qızıl ehtiyatı olan ölkələr hansılardır? – ARAŞDIRMA 3 iyul 2026, 11:51 İlham Əliyev Aleksandr Lukaşenkoya təbrik ünvanlayıb 3 iyul 2026, 11:32 Bu şəhərdə güzəştli mənzillərin tikintisinə başlanılır 3 iyul 2026, 10:45 İmtahandan kəsilən abituriyentlə necə davranmaq lazımdır? – Mütəxəssislərdən valideynlərə vacib ÇAĞIRIŞ 2 iyul 2026, 17:42

Energetika

OPEC Azərbaycanda yanvarda gündəlik neft hasilatı üzrə göstəriciləri açıqlayıb

OPEC Azərbaycanda yanvarda gündəlik neft hasilatı üzrə göstəriciləri açıqlayıb

Bu ilin yanvar ayında Azərbaycanda ortalama gündəlik xam neft hasilatı 459 min barel səviyyəsində olub. "APA-Economics"in Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatına istinadən verdiyi məlumata görə, ötən ilin dekar ayında da qeyd olunan göstərici 459 min barel səviyyəsində olub. Məlumata əsasən, ötən ilin birinci, ikinci, üçüncü və dürdüncü rübündə Azərbaycanda ortalama gündəlik xam neft hasilatı müvafiq olaraq 466 min barel, 461 min barel, 459 min barel və 459 min barel təşkil edib. Bildirilir ki, 2025-ci ildə Azərbaycanda ortalama gündəlik xam neft hasilatı 461 min barel olub, bu da 2024-cü ilin göstəricisi ilə müqayisədə 20 min barel azdır. Xatırladaq ki, Azərbaycan “OPEC+” razılaşmasının iştirakçısıdır. “OPEC+” Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması (bazarı tarazlamaq məqsədi ilə - red.) üzrə təşəbbüsdür. Qeyd edək ki, “OPEC+” ölkələri nazirlərinin əldə etdiyi razılığa görə, 2026-ci ilin sonunadək Azərbaycanın hasilat kvotası gündəlik 551 min barel təşkil edir. Beləliklə, Azərbaycan ötən ilin yanvar ayında"OPEC+" çərçivəsində kvotadan 92 min barel, ümumi 2025-ci ildə isə 90 min barel geri qalıb.