Qəzzada acından ölənlərin sayı artıb
Qəzza zolağında son 24 saatda ikisi uşaq olmaqla daha 5 nəfər acından həyatını itirib.
Qəzza zolağında son 24 saatda ikisi uşaq olmaqla daha 5 nəfər acından həyatını itirib.
Peruda avtobus qəzası nəticəsində 18 nəfər ölüb.
Pakistanda davam edən musson yağışlarının səbəb olduğu daşqın və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 262 nəfərə çatıb.
Tayland Hərbi Hava Qüvvələri sərhəd bölgələrində Kamboca silahlı qüvvələrinin mövqelərinə hava zərbələri endirib.
Bitkoinin qiyməti son 24 saatda 1.50% artaraq 117,8 min dollar olub.
Qəzza zolağından olan radikallar İsrailə raket zərbəsi endiriblər.
Tailandla sərhəddə baş verən döyüş toqquşmaları nəticəsində Kambocada 13 nəfər, o cümlədən Kral Silahlı Qüvvələrinin beş hərbçisi həlak olub.
Rusiyanın Kaluqa hava limanında təyyarələrin gəlişi və gedişi ilə bağlı müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
ABŞ və Çindən gələn mənfi iqtisadi xəbərlər fonunda neft qiymətləri azalıb.
Hindistan Baş naziri Narendra Modinin Maldiv adalarına səfəri çərçivəsində iki ölkə arasında mühüm maliyyə razılaşması əldə olunub.
Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen ABŞ prezidenti Donald Trampla Şotlandiyada görüşəcəyini açıqlayıb.
Donald Trampın administrasiyası İnkişaf Maliyyə Korporasiyasının (DFC) yüksək gəlirli ölkələrdə layihələri maliyyələşdirməsinə daha geniş imkan yaratmaq və agentliyin ümumi investisiya limitini 60 milyard dollardan 250 milyard dollara çatdırmaq niyyətindədir.