Netanyahu Qətərin Baş nazirindən üzr istədi
İsrailin Baş naziri Benyamin Netanyahu Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Əl-Tani ilə telefon danışığında sentyabrın 9-da Dohada Fələstinin radikal HƏMAS hərəkatının liderlərinə hücum edərək ölkənin suverenliyini pozduğuna görə üzr istəyib.