Tailandın sabiq baş naziri azadlığa buraxılıb
Tailandın sabiq baş naziri Taksin Çinavat vaxtından əvvəl şərti azadlığa buraxılıb. Ötən ilin sentyabrında Tailand Ali Məhkəməsi tərəfindən bir il həbs cəzasına məhkum edilən sabiq hökumət başçısı bazar ertəsi Banqkokdakı həbsxanadan azad edilib.