Birbank Biznes-in “Hər işdə birinci qadınlar” yarmarkası uğurla yekunlaşıb
8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində Birbank Biznes-in təşəbbüsü ilə həyata keçirilən “Hər işdə birinci qadınlar” yarmarkası başa çatıb. Artıq ənənə halını alan yarmarka PASHA Malls-un dəstəyi ilə Crescent Mall-da baş tutub.