İyul ayı istisna olmaqla Rusiyadan benzinin ixracına qoyulan qadağa avqustun 1-dən yenidən qüvvəyə minəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Baş nazirinin müavini Aleksandr Novak məlumat verib.

Onun sözlərinə görə, sentyabr-oktyabr aylarında mümkün ixrac qadağası ilə bağlı energetika nazirliyindən hökumətə təkliflər təqdim edilib və bu məsələyə baxılır.

Novak daha əvvəl bildirib ki, vəziyyət gərgin olaraq davam edərsə, hökumət avqust ayında benzinin ixracına qoyulan qadağanın ləğvini uzatmaya bilər. Lakin Novak qeyd edib ki, Rusiyanın yanacaq bazarı stabil olaraq qalır.

 

Gözəl Həşimova

 

Gözəl Həşimova