Rusiya 2050-ci ilə qədər 540 milyon ton neft hasil etməyi planlaşdırır, lakin hasilatın səviyyəsini "OPEC+" ilə razılaşdıracaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya energetika nazirinin birinci müavini Pavel Sorokin bildirib.

Sorokin qeyd edib ki, Rusiyanın neft hasilat səviyyəsi "OPEC+" ilə əməkdaşlıq və bazarın ehtiyacları nəzərə alınmaqla müəyyən ediləcək.

Onun sözlərinə görə, ehtiyac olmadığı təqdirdə Rusiyanın bazarı doldurmaq kimi bir vəzifəsi yoxdur.

 

Gözəl Həşimova