İsrail və HƏMAS qruplaşması arasında oktyabrın 7-dən etibarən Qəzza zolağında davam edən döyüşlərdə ölənlərin sayı son 24 saatda 55 nəfər artaraq 39 min 145-ə çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Xidməti məlumat yayıb.

Müharibə nəticəsində yaralananların sayı isə 110 nəfər artaraq 90 min 257-ə yüksəlib.

Ümumillikdə son 10 gündə hücumlarda 561 insan həyatını itirib.

 

Gözəl Həşimova