Bu il sentyabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 473,1 milyon manat təşkil edib. Bu, avqustun 1-i ilə müqayisədə 4,3 % çoxdur.

İqtisadiyyat.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, problemli kreditlərin məbləği isə illik müqayisədə 11,45 % azalıb.

Sentyabrın 1-nə vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,7 % təşkil edib.