Yaxın Şərqdə artan münaqişənin regional təchizatı məhdudlaşdıracağı gözləntiləri fonunda neft qiymətləri bahalaşıb.

İqtisadiyyat.az xəbər verir ki, "Brent" markalı neftin noyabr müqaviləsində bir barelin qiyməti 60 sent və ya 0,8% bahalaşaraq 75,09 dollar olub.

"WTI" markalı neftin oktyabr müqaviləsində bir barelin dəyəri isə 64 sent və ya 0,9% artaraq 71,64 dollara çatıb.

 

Gözəl Həşimova