Yaxın Şərqdə gərginliyin artması ilə bağlı narahatlıqlar fonunda neft qiymətləri artıb.

İqtisadiyyat.az xəbər verir ki, "Brent" markalı neftin noyabr müqaviləsində bir barelin qiyməti 69 sent və ya 0,93% artaraq 74,59 dollar olub.

"WTI" markalı neftin oktyabr müqaviləsində bir barelin dəyəri isə 74 sent və ya 1,05% artaraq 71,11 dollar olub.

 

Gözəl Həşimova