Yeddinci çağırış Milli Məclisin Mədəniyyət komitəsinin yeni sədrinin kimliyi məlum olub.

İqtisadiyyat.az xəbər verir ki, parlamentin yeni tərkibdə keçirilən bugünkü ilk iclasında Mədəniyyət komitəsinin sədri vəzifəsinə deputat Polad Bülbüloğlu seçilib.

Xatırladaq ki, daha əvvəllər sözügedən komitəyə sədrliyi III, IV, V və VI çağırış Milli Məclisin deputatı olmuş Qənirə Paşayeva icra edib. O, ötən ilin sentyabrında 48 yaşında vəfat edib.