Laçın rayonunun Bəylik yaşayış məntəqəsində birinci mərhələdə klub - icma mərkəzinin, ticarət və market binalarının tikintisinə başlanılır.

İqtisadiyyat.az-ın xəbərinə görə, tikinti işləri Məcburi Köçkünlərin Sosial İnkişafı Fondunun sifarişi ilə həyata keçirilir.

Fond tikinti işlərini “Turan.İ.O” MMC-yə həvalə edib və şirkətlə 1,7 milyon manat dəyərində müqavilə bağlayıb.