İsrail Müdafiə Qüvvələri (SAXAL) Beyrutda Livanın "Hizbullah" hərəkatının əsas hərbi qərargahına kütləvi hücum edib.

İqtisadiyyat.az "RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat katibi Daniel Haqari bildirib.

İsrail ordusunun sözçüsü qeyd edib ki, bu dəqiqələrdə "Hizbullah"ın mərkəzi qərargahına planlaşdırılmış hücum həyata keçirilib.

O əlavə edib ki, təşkil edilən hücumun nəticələri barədə açıqlama veriləcək.