İşdən çıxarılan əməkdaşı “Azneft” İstehsalat Birliyini məhkəməyə verib.

İqtisadiyyat.az xəbər verir ki, qurumun keçmiş işçisi Mahmudova Nigar Cahangir qızı Səbail Rayon Məhkəməsinə müraciət edərək “Azneft”ə qarşı iddia qaldırıb.

O, müraciətində işdən haqsız olaraq çıxarıldığını bildirib və işə bərpa olunma tələbini irəli sürüb.

“Azneft”in keçmiş işçisinin iddiası hakim Ruslan Mirzəliyevin sədrliyi ilə araşdırılacaq.