Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) aktivlərinin təsnifləşdirilməsi və qiymətləndirilməsi üzrə metodologiya hazırlanacaq

İqtisadiyyat.az xəbər verir ki, Fond bununla bağlı hazırlıqlara başlayıb.

Fond metodologiyanı hazırlayacaq təşkilat axtarışındadır.

İKZF metodologiyanın hazırlanmasının 100 min manata başa gələcəyini proqnozlaşdırıb.