2024-2025-ci illərdə Hindistandan ən çox silah sifariş edən ölkə Ermənistan olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Hindistan Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, Ermənistan 2024-2025-ci illər üçün 600 milyon dollarlıq silah sifarişi verərək Hindistanın ən böyük silah idxalçısı olub.

Xatırladaq ki, mayın 15-də İrəvanda keçirilən görüşdə Ermənistan və Hindistan müdafiə nazirlikləri arasında 2024-2025-ci illər üzrə Əməkdaşlıq Planı imzalanıb.

 

Gözəl Həşimova