Ələt-Astara-İran dövlət sərhədi avtomobil yolunun Lənkəran rayonu ərazisindən keçən hissəsinin kənarlarında təmir-tikinti və abadlıq işləri aparılacaq.
İqtisadiyyat.az xəbər verir ki, Lənkəran Rayon İcra Hakimiyyəti bununla bağlı hazırlıqlara başlayıb.
RİH sözügedən işləri “Karabakh Group” MMC-yə həvalə edib və şirkətlə 453.007,25 manatlıq müqavilə bağlayıb.