ABŞ-də yanacağa güclü tələb əlamətləri fonunda neft qiymətləri artıb.

İqtisadiyyat.az xəbər verir ki, "Brent" markalı neftin noyabr müqaviləsində bir barelin qiyməti 6 sent və ya 0,08% bahalaşaraq 73,52 dollara çatıb.

"WTI" markalı neftin oktyabr müqaviləsində bir barelin dəyəri isə 2 sent və ya 0,03% artaraq 69,71 dollar olub.

 

Gözəl Həşimova