Sentyabrın 27-də VII çağırış Milli Məclisin deputatlarına vəsiqələri təqdim ediləcək.

İqtisadiyyat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, vəsiqələri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov parlamentdə təqdim edəcək.

Qeyd edək ki, Milli Məclisin 2024-cü ildə payız sessiyasının ilk iclası isə sentyabrın 30-na təyin olunub.