Ötən il Çinin mədən şirkətləri ehtiyatları təxminən 400 milyon ton olan yeni neft yataqları aşkar edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Çinin Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, ölkə eyni zamanda ehtiyatları 400 milyard kubmetr olan qaz yataqları da aşkar edib.

Bildirilib ki, strateji əhəmiyyət kəsb edən bu sərvətlər sənaye sahələrini resurslarla təmin etmək imkanlarını gücləndirir.

 

Gözəl Həşimova