Cəbrayıl rayonunun Şükürbəyli kəndində 360 şagird yerlik tam orta məktəb istifadəyə veriləcək.

İqtisadiyyat.az-ın xəbərinə görə, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu bununla bağlı hazırlıqlara start verib.

Fond tikinti işlərini "HN Construction" QSC-yə həvalə edib və şirkətlə müqavilə bağlayıb.

Məktəbin tikintisi 4,5 milyon manata başa gələcək.

Xatırladaq ki, bu il Cəbrayıla köç olacaq. Hazırda rayonda genişmiqyaslı quruculuq və abadlıq işləri sürətlə davam etdirilir. İyunun əvvəlində Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi  məcburi köçkünlərin Cəbrayıl şəhəri, Şükürbəyli və Horovlu kəndlərinə köçürülməsi üçün yük və sərnişin daşıma ilə bağlı tender elan edib.