Azərbaycanın bank sektoru bu ilin yanvar-avqust aylarında 772,3 milyon manat xalis mənfəət əldə edib.

İqtisadiyyat.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,6 % çoxdur.

Hesabat dövründə bankların əməliyyat gəlirləri 3 milyard 742,1 milyon manat, əməliyyat xərcləri 2 milyard 557,9 milyon manat, xüsusi ehtiyatlara ayırmaları 239,3 milyon manat, gözlənilməz gəlirləri 2,5 milyon manat , mənfəət vergisi ödəmələri isə 175,1 milyon manat təşkil edib.