Bu ilin yanvar-avqust aylarında Azərbaycandan Avstriyaya neft ixracı 67,7% azalaraq 85,8 min ton təşkil edib.

Bu barədə İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Bu müddət ərzində ölkənin Avstriyaya ixrac etdiyi neftin dəyəri isə 47,9 milyon dollar olub. Bu da illik müqayisədə 68,5% azdır.

 

Gözəl Həşimova