Avropanın yeraltı qaz anbarlarında toplanmış mavi yanacaq ehtiyatlarının həcmi 93,72 faizə çatıb, lakin 2019-cu ilin rekord göstəricisindən (95,7 faiz) geri qalır.

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, "Gas Infrastructure Europe" assosiasiyasının məlumatına görə, sentyabr ayında Avropa İttifaqı ölkələrində anbarlarına qaz doldurulması kəskin azalaraq 2011-ci ilin minimumuna enib.

Məlumata görə, sentyabrın 22-də anbarlara qaz doldurulması 149 milyon kubmetr, qaz götürülməsi isə 48 milyon kubmetr təşkil edib.

Hazırda Avropanın yeraltı anbarlarında 103,86 milyard kubmetr (93,72 faiz) qaz var ki, bu da son beş ilin analoji dövrünün orta göstəricisindən 4,96 faiz çoxdur.