Asiya İnkişaf Bankı yaşıl iqtisadiyyat üçün Tacikistana 50,5 milyon dollar ayıracaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə bankın məlumatında deyilir.

Qeyd edilib ki, bunun 50 milyon dolları iqlim dəyişikliyi ilə mübarizə məqsədlərinə cavab verən biznes layihələrinin hazırlanmasına, o cümlədən qadın sahibkarlara dəstək və rəqəmsallaşma layihələrinə sərf olunacaq. Bildirilib ki, vəsait iqlimə davamlı biznes mühitinin dəstəklənməsi proqramı çərçivəsində ayrılıb.

Xatırladaq ki, yaşıl iqtisadiyyatın inkişaf strategiyası Tacikistanda 2023-cü ildə qəbul edilib. Bu strategiya 2037-ci ilə qədər ölkənin bərpa olunan enerji mənbələrindən maksimum istifadə etməsini, ekoloji cəhətdən təmiz nəqliyyata fəal keçidi və bunun üçün infrastrukturun yaradılmasını nəzərdə tutur.

 

Gözəl Həşimova